Shopping cart

  • Home
  • Gündəm
  • Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edilib
Gündəm

Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edilib

Email 54

Çindən Azərbaycana gətirilən 8016 baytarlıq preparatı məhv edilib.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, Çindən idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib.

Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər