Shopping cart

  • Home
  • Hadisə
  • Çimərlikdə oğurluq edən şəxs saxlanılıb
Hadisə

Çimərlikdə oğurluq edən şəxs saxlanılıb

Email 19

Səbail rayonu ərazisində yerləşən çimərliklərin birində oğurluq hadisəsi baş verib.

“Qasid Media” xəbər verir ki, zərərçəkənlər polisə müraciət edərək içərisində 710 manat dəyərində mobil telefon və digər şəxsi ləvazimatların olduğu çantalarının naməlum şəraitdə oğurlandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı E.Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənlərin çantalarını nəzarətsiz qoymasından sui-istifadə edərək əməli törətdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər