Shopping cart

  • Home
  • Hadisə
  • Ceyranbatanda 10 şagird zəhərləndi: Məktəbdən və TƏBİB-dən açıqlama
Hadisə

Ceyranbatanda 10 şagird zəhərləndi: Məktəbdən və TƏBİB-dən açıqlama

Email 22

Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.

“Qasid Media” xəbər verir ki, bu barədə Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbindən açıqlama verilib.

Bildirilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib:

“Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, bu gün saat 15:50-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib, 8 nəfərə yerində yardım olunub”

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər