Shopping cart

  • Home
  • Hadisə
  • Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
Hadisə

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Email 11

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qasid Media” “Report”a istinadən xəbər verir ki, hadisə Soltankənd-Zəhmətabad avtomobil yolunda qeydə alınıb.

Belə ki, BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşıb. Qəza zamanı avtomobildə olan 4 nəfər; – Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Qafarov Elbrus Fərman oğlu, Sumqayıt şəhər sakinləri – 2003-cü il təvəllüdlü Qafarova Zəhra Əlizamin qızı, 2012-ci il təvəllüdlü Qafarov Samir Seymur oğlu və 2025-ci il təvəllüdlü Məmmədova Məryəm Əmir qızı xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər