Email 25
İngiltərənin “Brayton” klubu Kolumbiyanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Matias Orosko ilə 5 illik müqavilə imzalayıb.
“Qasid Media” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa təmsilçisi 18 yaşlı futbolçunu 2026/2027 mövsümündə icarəyə verəcək.
Qeyd edək ki, Kolumbiyanın “Deportivo Kali” klubundan transfer olunan dayaq yarımmüdafiəçisi bu komandanın heyətində keçirdiyi 28 matçda 2 qol vurub.










