Shopping cart

  • Home
  • ABŞ
  • Böyük texnologiya şirkətlərinin və bankların nümayəndələri Ağ Evdə qəbulda iştirak edəcəklər
ABŞ

Böyük texnologiya şirkətlərinin və bankların nümayəndələri Ağ Evdə qəbulda iştirak edəcəklər

Email 8

Böyük texnologiya şirkətlərinin və bankların nümayəndələri sentyabrın 24-də Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-ya səfəri münasibətilə Ağ Evdə təşkil olunacaq qəbulda iştirak edəcəklər.

“Qasid Media”nın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərini Ağ Evin mətbuat xidməti yayıb.

“Deyərdim ki, orada bütün texnologiya dünyası, bütün bank sektoru və bir çox başqa nümayəndələr olacaq”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, sentyabrın 24-ü axşam keçiriləcək qəbulda zalın tam dolacağı gözlənilir.

Tramp, həmçinin Ağ Evin ərazisində yeni banket zalının tikintisinin hələ başa çatmamasından təəssüfləndiyini bildirib. Bununla belə, o, tikinti işlərinin planlaşdırıldığından daha sürətlə aparıldığını vurğulayıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər