Shopping cart

  • Home
  • Dünya
  • Böyük Britaniyada bir sutka ərzində ikinci qatar relsdən çıxıb
Dünya

Böyük Britaniyada bir sutka ərzində ikinci qatar relsdən çıxıb

Email 67

Böyük Britaniyada 24 saatdan az müddət ərzində ikinci dəfə qatarın relsdən çıxması hadisəsi baş verib – bu dəfə İngiltərənin cənub-şərqindəki Esseks qraflığında.

Bu barədə “Qasid Media” CNN-ə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 14-də Uikford şəhəri yaxınlığında baş verib.

Polisin məlumatına görə, qatarın arxa vaqonları relsdən çıxıb, bu zaman onlar şaquli vəziyyətdə qalıblar.

Hadisə yerinə Britaniya nəqliyyat polisinin əməkdaşları, paramediklər və yanğınsöndürənlər gəliblər. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qatarın relsdən çıxmasının səbəbi və hadisənin təfərrüatları araşdırılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər