Shopping cart

  • Home
  • Dünya
  • Böyük Britaniya ilk dəfə pilotsuz qurğudan torpedo buraxılışı həyata keçirib
Dünya

Böyük Britaniya ilk dəfə pilotsuz qurğudan torpedo buraxılışı həyata keçirib

Email 24

Böyük Britaniya ilk dəfə pilotsuz sualtı qurğudan ağır torpedonun buraxılışını həyata keçirib.

“Qasid Media” “The i Paper” nəşrinə istinadən xəbər verir ki, sınaq buraxılışı ötən həftə 12 metrlik “Excalibur” pilotsuz sualtı qurğusundan baş tutub.

Nəşrin məlumatına görə, sututumu təxminən 19 ton olan qurğu min dəniz milinədək məsafə qət edə və suyun altında beş sutkayadək avtonom şəkildə qala bilir. 

Buraxılan torpedonun xüsusiyyətləri qeyd olunmayıb. O, ABŞ və Avstraliya tərəfindən hazırlanıb və gəmilərin, eləcə də sualtı qayıqların məhv edilməsi üçün nəzərdə tutulub.

Sınaq buraxılışını Böyük Britaniya və ABŞ həyata keçirib. “The i Paper” qeyd edir ki, bu həmin ölkələrdən birinin torpedonu idarəolunan sualtı qayıqdan deyil, pilotsuz sualtı qurğudan buraxdığı ilk haldır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər