Shopping cart

  • Home
  • Gündəm
  • Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub
Gündəm

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

Email 39

Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

“Qasid Media” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər