Email 25
Bu gün, 4 oktyabr tarixində Türkiyədə dörd dəfə zəlzələ olub.
“Qasid Media” xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Belə ki, ilk yeraltı təkanlar Muğlada 4,8 bal gücündə qeydə alınıb.
Eyni zamanda, Adana vilayətinin Saimbeyli rayonunda ard-arda 4,9 və 4,8 bal gücündə zəlzələ baş verib. Osmaniyə vilayətində isə 5,2 maqnitudalı yeraltı təkanlar olub.










