Shopping cart

  • Home
  • ABŞ
  • Bessent: ABŞ İranla sülh müqaviləsi bağlamaq istəyir
ABŞ

Bessent: ABŞ İranla sülh müqaviləsi bağlamaq istəyir

Email 36

ABŞ İranla sülh müqaviləsi bağlamaq istəyir, lakin hesab edir ki, Tehran hadisələrin bu cür inkişafına hələ hazır deyil.

“Qasid Media”nın məlumatına görə, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Prezident (Donald) Tramp deyib ki, anlaşma memorandumunun uğursuz olmasının səbəbi onların razılaşmaya hazır olmamasıdır. Görək onlar razılaşmaya nə vaxt hazır olacaqlar “, – maliyyə naziri deyib.

Bessent həmçinin bildirib ki, ABŞ-nin köməyi ilə 31 avqustda Hörmüz boğazından 17 milyon barel neft daşınıb. O, İranın ABŞ-nin iqtisadi məhdudiyyətlərinə cavab olaraq daha çox hərbi vasitələrə əl atacağını güman edir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər