Shopping cart

  • Home
  • Dünya
  • Belçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub
Dünya

Belçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub

Email 57

Belçikada dövlət sektoru işçilərinin büdcə xərclərinin planlaşdırılan ixtisarına qarşı ümummilli tətili ictimai nəqliyyatın, dəmiryolu əlaqəsinin, məktəblərin və dövlət teleradio yayımının işində fasilələrə səbəb olub.

“Qasid Media” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Tətil federal büdcənin razılaşdırılması üzrə uzanan danışıqlar və baş nazir Bart De Veverə qarşı artan siyasi təzyiq fonunda ikinci gündür ki, davam edir.

Ötən həftəsonu Baş nazirin ofisindən bildirilib ki, hakim koalisiyaya daxil olan partiyalar yeni büdcə ilə bağlı razılığa gələ bilməyiblər. Nəticədə De Vever çərşənbə axşamı parlament qarşısında planlaşdırılan çıxışını ləğv edib.

Daha əvvəl Baş nazir dövlət borcunun və ona xidmət xərclərinin daha da artmasının qarşısını almaq üçün sərt büdcə tədbirlərinin qəbul edilməsinin zəruriliyini bəyan etmişdi.

Belçika mediasının məlumatına görə, büdcənin razılaşdırılması oktyabrın sonu və ya noyabrın əvvəlinə qədər uzana bilər, bu da nəşrlərin qeyd etdiyi kimi, hakim koalisiya daxilində fikir ayrılıqlarının güclənməsi riskini yaradır.

Xatırladaq ki, oktyabrın 9-da Brüsseldə hökumətin büdcə siyasətinə qarşı nümayişçilərin bir hissəsinin polislə toqquşması ilə başa çatan kütləvi etiraz aksiyaları keçirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər