Shopping cart

  • Home
  • İdman
  • “Bayer 04” fransalı hücumçu Mussa Diabini heyətinə qatıb
İdman

“Bayer 04” fransalı hücumçu Mussa Diabini heyətinə qatıb

Email 27

Almaniyanın “Bayer 04” klubu fransalı hücumçu Mussa Diabini heyətinə qatıb.

“Qasid Media” Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan transfer olunan 27 yaşlı forvardla 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

Mussa Diabi 2019–2023-cü illərdə də “Bayer 04″də çıxış edib. Daha sonra İngiltərənin “Aston Villa” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandalarında oynayan futbolçu 2025-ci ildə Ciddə təmsilçisi ilə çempionluq sevinci yaşayıb.

Fransa yığmasının heyətində 11 matça çıxan M.Diabi “Bayer 04″ün şərəfini qoruduğu dövrdə 173 qarşılaşmada 49 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər