Shopping cart

  • Home
  • İdman
  • “Bavariya” 12-ci dəfə Almaniya Superkubokunu qazanıb
İdman

“Bavariya” 12-ci dəfə Almaniya Superkubokunu qazanıb

Email 38

“Bavariya” “Borussiya”nı 2:1 hesabı ilə məğlub edərək 12-ci dəfə Almaniya Superkubokunu qazanıb və qalibiyyət baxımından turnirin rekordçusu olub.

“Qasid Media”nın məlumatına görə, matç Dortmunddakı “Siqnal İduna Park” stadionunda baş tutub.

“Bavariya”nın qollarını 28-ci dəqiqədə Nataniel Braun, 45-ci dəqiqədə Maykl Olise vurub. “Borussiya”nın heyətində Fabio Silva (75-ci dəqiqə) fərqlənib.

90-cı dəqiqədə “Borussiya”nın müdafiəçisi Rami Bensebayni qırmızı vərəqə alaraq meydandan qovulub.

Xatırladaq ki, “Bavariya” ötən mövsüm Almaniya çempionluğunu və Kubokunu qazanıb, “Borussiya” isə ikinci yeri tutub.

“Bavariya” Bundesliqanın yeni mövsümünün ilk turunda 28 avqustda “Ştutqart”ı, “Borussiya” isə 29 avqustda “Hamburq”u qəbul edəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər