Shopping cart

  • Home
  • İdman
  • Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
İdman

Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib

Email 32

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanlar keçirilib.

“Qasid Media”xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Tədbir Bakı İdman Sarayında baş tutub.

Sentyabrın 12-də Bedri Meriç, Polad Həsənov və Yusuf Kayan tərəfindən keçirilən seminarda məşqçilik fəaliyyətinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki məlumatlar təqdim olunub, iştirakçılarla peşəkar təcrübə bölüşülüb.

Sentyabrın 13-də iştirakçılar üçün yazılı və praktiki imtahanlar təşkil olunub. İmtahanlar məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C kateqoriyasına malik məşqçilərin isə B kateqoriyasına yüksəlməsi məqsədilə keçirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər