Email 35
İspaniyanın “Barselona” klubunun futbolçusu Rafinya Braziliya millisinin heyətində zədələnib.
“Qasid Media” xəbər verir ki, 29 yaşlı hücumçu Avstraliyaya qarşı keçirdikləri yoldaşlıq oyununda sıradan çıxıb.
O, bud nahiyəsində narahatlıq hiss edib və fasilədə Endriklə əvəzlənib.
Xatırladaq ki, Rafinya cari mövsüm Kataloniya təmsilçisi və yığmada meydana çıxdığı 10 oyunda 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.










