Shopping cart

  • Home
  • Hadisə
  • Banqladeşdə fabrik yaxınlığında qaz balonlarının partlaması nəticəsində 7 nəfər ölüb
Hadisə

Banqladeşdə fabrik yaxınlığında qaz balonlarının partlaması nəticəsində 7 nəfər ölüb

Email 23

Banqladeşin paytaxtı Dəkkənin kənarında yerləşən Aşuliyada tikiş fabrikinin ərazisində yük maşınındakı qaz balonlarının partlaması və ardınca baş verən yanğın nəticəsində azı 7 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

“Qasid Media”nın məlumatına görə, bu barədə yerli “Daily Sun” qəzeti xəbər verib.

Hadisə nəticəsində həm fabrik işçiləri, həm də yoldan keçənlər müxtəlif dərəcəli yanıqlar və xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Fabrik nümayəndəsi bildirib ki, partlayış baş verən zaman binanın içərisində heç kim olmayıb.

Fövqəladə xidmətlər həlak olan şəxslərdən birinin kimliyini müəyyənləşdirə bilib. Digər şəxslərin kimliyi isə hələlik müəyyən edilməyib. Hadisənin başvermə şəraiti araşdırılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər