Email 38
Balakəndə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralıların adları məlum olub.
“Qasid Media” xəbər verir ki, hadisə nəticəsində 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, Məryəm Kamil qızı Hoorsova və 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüb, 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov xəsarət alıblar.










