Shopping cart

  • Home
  • Ölkə
  • Bakının bəzi ərazilərində elektrik enerjisi müvəqqəti dayandırılacaq
Gündəm

Bakının bəzi ərazilərində elektrik enerjisi müvəqqəti dayandırılacaq

Email 50

“Azərişıq” ASC-nin yaydığı məlumata görə, iyulun 6-da Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində planlı təmir işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən transformator məntəqəsində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, Dadaş Bünyadzadə, Xaqan Dadaşov və Xıdır Mustafayev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Eyni vaxtda Nizami RETSİ-nin ərazisində yerləşən Komplekt Transformator Məntəqələrində də təmir və texniki baxış işləri həyata keçiriləcək. Bu səbəbdən Keşlə qəsəbəsində Mirzə Ələkbər Sabir və Energetik küçələrinin bəzi hissələrində planlı elektrik kəsintisi olacaq.

Qurumdan bildirilib ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi nəzərdə tutulur.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər