Shopping cart

  • Home
  • İdman
  • Bakıda ilk dəfə “Ironman 70.3” triatlon yarışı keçiriləcək
İdman

Bakıda ilk dəfə “Ironman 70.3” triatlon yarışı keçiriləcək

Email 34

Sentyabrın 5-də Bakıda ilk dəfə “Alufar Ironman 70.3 Baku” beynəlxalq triatlon yarışı keçiriləcək.

“Qasid Media” xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

Yarışda 62 ölkədən ümumilikdə 1500 idmançının iştirakı nəzərdə tutulur. İdmançılar Xəzər dənizində 1,9 kilometrlik üzgüçülük, şəhərin müxtəlif ərazilərini əhatə edən 90,1 kilometrlik velosiped və Bakı Bulvarı boyunca 21,1 kilometrlik qaçış mərhələlərində mübarizə aparacaqlar. Finiş xətti “Yeddi gözəl” fəvvarəsinin yaxınlığında yerləşəcək.

Kişi və qadın kateqoriyalarında ilk 25 yeri tutan idmançılar 2027-ci ildə ABŞ-də təşkil olunacaq “Ironman 70.3” triatlon üzrə dünya çempionatına vəsiqə qazanacaqlar.

Sentyabrın 4-də isə müxtəlif yaş qrupları üçün “Ironkids” və 18 yaşdan yuxarı şəxslər üçün 5 kilometrlik “Fun Run” qaçışları keçiriləcək. “Ironkids” turnirində 5-8 yaşlı uşaqlar 500 metr, 9-13 yaşlı iştirakçılar 1 kilometr, 14-17 yaşlılar isə 2 kilometr məsafə qət edəcəklər.

Qeyd edək ki, “Ironman” seriyasının ilk yarışı 1978-ci ildə Havay adalarında keçirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər