Shopping cart

  • Home
  • Gündəm
  • Bakı və rayonlarda ötən ay 78 aptek yoxlanılıb, 11-də nöqsan aşkarlanıb
Gündəm

Bakı və rayonlarda ötən ay 78 aptek yoxlanılıb, 11-də nöqsan aşkarlanıb

Email 22

İyul ayında Bakı və rayonlarda 78 aptek yoxlanılıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 51-i planlı, 26-sı plandankənar və 1-i yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər