Email 14
Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarlara 3 ədəd yataq tipli vaqon qoşulacaq. Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb. Bildirilib ki, bununla da hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq. Ümumi yer sayı 178-dən 282-yə çatdırılacaq. Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Yeni vaqonlarda gediş haqqı “Stadler” vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir.




