Email 21
Bu gün Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
”Qasid Media” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, hadisə bu gün saat 14:02-də Bakı-Şamaxı yolunun 22.7-ci kilometrliyində, Bakı istiqamətində qeydə alınıb.
“VAZ-2107″ markalı, 99-SL-182 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Anar Hikmət oğlu Cəbrayılov nəqliyyat vasitəsinə nəzarəti itirib və yol kənarında dayanan piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilib.










