Shopping cart

  • Home
  • İdman
  • Bakı-Quba yolunda qəzada ölən şəxsin kimliyi məlum olub
İdman

Bakı-Quba yolunda qəzada ölən şəxsin kimliyi məlum olub

Email 51

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qasid Media” “Report”a istinadən xəbər verir ki, yolun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində qeydə alınmış avtoqəza nəticəsində həyatını itirən şəxsin kimliyi məlum olub.

Belə ki, 1981-ci il təvəllüdlü Masallı sakini Nəsib Zöhrab oğlu Tahirov iş başında olarkən iki yük maşınının arasında qalıb.

Qəza nəticəsində ağır xəsarətlər alan N. Tahirov hadisə yerində həyatını itirib.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər