Shopping cart

  • Home
  • Hava
  • Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Hava

Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub

Email 27

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.

“Qasi Media” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 18-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 29, Şəkidə 4, Gədəbəydə 2, Şahbuz, Sədərək, Daşkəsən, Tərtər, Mingəçevir, Yevlax, Neftçala, Qusar, Balakən, Zaqatala, Oğuz, Şahdağ, Lənkəran, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti müşahidə olunub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər