Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Azərbaycanda könüllü sığorta bazarı 15 %-dən çox böyüyüb
İqtisadiyyat

Azərbaycanda könüllü sığorta bazarı 15 %-dən çox böyüyüb

Email 11

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 717,722 milyon manat sığorta haqqı toplanılıb.

“Qasid Media”  Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,3 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 470,003 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,2 % çoxdur.

Beləliklə, 6 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 65,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 58,5 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.

6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər