Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanda könüllü sığorta bazarı 13 %-ə yaxın böyüyüb
Gündəm

Azərbaycanda könüllü sığorta bazarı 13 %-ə yaxın böyüyüb

Email 23

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 992,874 milyon manat sığorta haqqı toplanılıb.

“Qasid Media” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 756,936 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 30,9% çoxdur.

Beləliklə, 9 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 76,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 65,6 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 248,485 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 882,723 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,1 % çoxdur. 9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 70,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1manat olub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər