Shopping cart

  • Home
  • İdman
  • Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Email 28

Bu gün FIFA Şurası Bürosunun iclası keçirilib.

“Qasid Media” AFFA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının tarixi rəsmən açıqlanıb.

Yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, turnirin rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanan “Bu oyun sənlikdir” rəsmi şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir. Həmçinin FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında, eyni zamanda Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər