Shopping cart

  • Home
  • İdman
  • Azərbaycan stolüstü tennisçiləri “Euro Mini Champs” turnirində iştirak edəcəklər
İdman

Azərbaycan stolüstü tennisçiləri “Euro Mini Champs” turnirində iştirak edəcəklər

Email 25

Azərbaycanın 13 yaşadək stolüstü tennisçilərdən ibarət milli komandası Fransada keçiriləcək “Euro Mini Champs” turnirində mübarizə aparacaq.

“Qasid Media” Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, yarış avqustun 28-də Şiltinheym şəhərində start götürəcək.

Heyətdə Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Qulizadə yer alıblar. İdmançılar məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında çıxış edəcəklər.

Kiçik Avropa çempionatı adlandırılan və sayca 20-ci olan turnirə avqustun 31-də yekun vurulacaq.

Qeyd edək ki, stolüstü tennisçi Onur Quluzadə 2024-cü ildə bu yarışda bürünc medal qazanıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər