Email 16
2026/2027 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında “Qarabağ” və “Neftçi” komandaları arasında gerçəkləşəcək ilk oyun VIII tura təsadüf edəcək.
“Qasid Media”nın məlumatına görə, bu, turnirin püşkatmasından sonra bəlli olub.
Sözügedən turda Ağdam təmsilçisi meydan sahibi olacaq.
Xatırladaq ki, Premyer Liqaya avqustun 14-də start veriləcək.










