Email 30
3×3 basketbol üzrə Azərbaycan millisinin üzvü Aleksandra Mollenhauer FIBA-nın fərdi dünya reytinqində birinci pillədə qərarlaşıb.
“Qasid media” xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Yığmanın digər oyunçusu Erika Karter sıralamada dördüncüdür.
Xatırladaq ki, 3×3 basketbol üzrə fərdi dünya reytinqi son 12 ay ərzində FIBA tərəfindən təsdiqlənmiş turnirlərdə əldə olunan ən yaxşı 9 nəticə əsasında hesablanır.










