Shopping cart

  • Home
  • İdman
  • Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
İdman

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Email 41

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Azərbaycan millisinin yekun heyəti:

Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova

Blokçular: Ayşən Abduləzimova (kapitan), Mariya Kirilyuk, Aynur İmanova.

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova

Baş məşqçi: Faiq Qarayev

Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov

Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər