Shopping cart

  • Home
  • İdman
  • Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub
İdman

Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub

Email 45

Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub.

“Qasid Media” xəbər verir ki, qadınlardan ibarət “Turan” komandası Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivi ilə üz-üzə gələcək.

İlk qarşılaşma 20-22 oktyabrda evdə, cavab matçı 27-29 oktyabrda səfərdə baş tutacaq.

Kişilərdən ibarət “Xilasedici” klubu Çempionlar Liqasında Portuqaliya təmsilçisi “Sportinq”lə görüşəcək. İlk matçlar 2-5, cavab qarşılaşmaları 10-12 noyabrda gerçəkləşəcək.

Qadınlardan ibarət “DH Volley” komandası Çağırış Kubokunun 1/32 finalında “Holte” (Danimarka) ilə üz-üzə gələcək. İlk oyun 27-29 oktyabrda evdə, cavab oyunu 3-5 noyabrda səfərdə keçiriləcək.

Kişilər arasında Çağırış Kubokunda “Ordu” uğur qazanmağa çalışacaq. Komandanın rəqibi Norveçin “Ferde” klubu olacaq. “Hərbçilər” ilk görüşü 10-12 noyabrda evdə, cavab matçını 17-19 noyabrda səfərdə keçiriləcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər