Shopping cart

  • Home
  • İdman
  • Azərbaycanın Elit kateqoriyalı hakimləri fitness testini uğurla başa vurublar
İdman

Azərbaycanın Elit kateqoriyalı hakimləri fitness testini uğurla başa vurublar

Email 2

AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsi tərəfindən yeni futbol mövsümünə hazırlıq planına uyğun olaraq, Elit kateqoriyalı baş hakim və köməkçi hakimlər üçün növbəti fiziki normativ üzrə fitness test təşkil edilib.

“Qasid Media” xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

İyulun 26-27-də “Neftçi”nin təlim-məşq bazasında baş tutan sınaqlar UEFA və FIFA-nın müasir tələblərinə uyğun şəkildə keçirilib. Fitness testlərin əsas məqsədi Elit kateqoriyalı hakimlərin sürət, dözümlülük, çeviklik və yüksək intensivlikli qaçış göstəricilərini qiymətləndirmək, eləcə də onların gərgin matçlara fiziki baxımdan tam hazır olub-olmadıqlarını yoxlamaqdır.

Hakimlər FIFA standartlarına cavab verən xüsusi qısamüddətli sürətlənmə (sprint) və interval qaçış normativlərini yerinə yetiriblər. Testlərin nəticələrinə əsasən, hakimlərin hamısı müəyyən olunmuş normativləri uğurla tamamlayaraq yüksək fiziki hazırlıq nümayiş etdiriblər.

AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsi hakimlərin fiziki və nəzəri hazırlıq səviyyəsinin daim yüksək saxlanılması, matç idarəçiliyində keyfiyyətin artırılması istiqamətində bu cür yoxlamaları mövsüm ərzində də davam etdirəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər