Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanda yüksəkmaaşlı vakansiyaların hansı sahələrə aid olduğu AÇIQLANDI
Gündəm

Azərbaycanda yüksəkmaaşlı vakansiyaların hansı sahələrə aid olduğu AÇIQLANDI

Email 10

Azərbaycanda yüksəkmaaşlı vakansiyaların hansı sahələrə aid olduğu məlum olub.

“Qasid Media” xəbər verir ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyindən “Report”un sorğusuna cavab verilib.

Bildirilib ki, hazırda sistemdə mövcud olan yüksəkmaaşlı vakansiyalar əsasən informasiya və rabitə, maliyyə və sığorta, emal sənayesi və digər sahələr üzrədir.

Qeyd olunub ki, həmin vakansiyalar şöbə rəisi, maliyyə departamentinin direktoru kimi rəhbər vəzifələri əhatə edir.

Eyni zamanda vakansiya bankında xidmət, ticarət, istehsal, kənd təsərrüfatı və digər sahələr üzrə də yüksəkmaaşlı iş yerləri mövcuddur.

Həmçinin bildirilib ki, vakansiyalar üzrə əməkhaqqı məbləği işəgötürənlər tərəfindən təhsil və ixtisas səviyyəsi, peşə bacarıqları, iş təcrübəsi, əmək funksiyalarının mürəkkəbliyi, iş şəraiti və vəzifəyə dair digər tələblər nəzərə alınmaqla müəyyən edilir.

İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər