Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 2,3 % azalıb
İqtisadiyyat

Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 2,3 % azalıb

Email 22

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 662,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (677,6 milyon ABŞ dolları) 15,5 milyon ABŞ dolları və ya 2,3 % azdır.

“Qasid Media” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 26,53 % payla SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.

İxracın həcminə görə dövlət şirkətlərinin reytinqi:

Şirkət2026-cı ilin yanvar-iyul aylarında ixracın həcmi (milyon ABŞ dolları)2025-cı ilin yanvar-iyul aylarında ixracın həcmi (milyon ABŞ dolları)Faiz fərqi
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi175,7244.3-28,08%
“AzerGold” QSC156,4125.125,02%
“SOCAR Polymer” MMC154,4157.9-2,22%
“Azəralüminium” MMC111,976.745,89%
“Azərpambıq ASK” MMC38,423.960,67%
“Azərbaycan Hava Yolları” QSC8,78.61,16%
SOCAR-ın Qaz İxrac İdarəsi7,737.1-79,25%
“AzərEnerji” ASC7,5487,50%
“Naxçıvan Enerji” MMC0,90
“SOCAR CAPE” MMC0,50

Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 18,3 % artaraq 2,5 milyard ABŞ dollarına çatıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər