2025-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı sektoru üzrə 5 icraçı təşkilatın 7 proqram üzrə 30 tədbir həyata keçirməsi üçün 1 milyard 156,5 milyon manat vəsait proqnozlaşdırılsa da, bunun 1 milyard 120,9 milyon manatı və yaxud 96,9 %-i istifadə edilib.
“Qasid Media” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, sektor üzrə nəticə göstəricilərinin (indikator) sayı 132, nəticə göstəricilərinin icrası isə 77,3 % olub.
Sektor üzrə istifadə olunmuş vəsaitin 48,2 %-i Kənd Təsərrüfatı Nazirliyinin icra etdiyi tədbirlərin payına düşüb. Qurumun Maliyyə Nazirliyinə təqdim etdiyi 2025-2028-ci illər üzrə sektor strateji plana daxil olan proqramlar üzrə müəyyən olunmuş strateji hədəflərə qismən nail olunub, nəticələr üzrə orta statistik icra göstəricisi qənaətbəxş olub.










