Shopping cart

İqtisadiyyat

Azərbaycanda əkin sahələrinin 78,5 %-də biçin yekunlaşıb

Email 28

İyulun 15-dək Azərbaycan üzrə payızlıq taxıl sahələrinin 78,5 %-də biçin başa çatıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mövsüm ərzində 755 500 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 636 623ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,9 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 307 384 hektar buğda, 448 116 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 175 093 ton buğda, 1 461 528 ton arpa yığılıb. Buğda sahələrinin 67 %-də, arpa sahələrinin isə 89,3 %-də biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 38,2 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.

Artıq 13 rayonda – Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Masallı, Neftçala, Sabirabad, Salyan, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, Respublikanın 12 rayonunda – Ağsu, Astara, Balakən, Beyləqan, Göyçay, Goranboy, Naftalan, İmişli, Zərdab, Saatlı, Samux, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər