Shopping cart

  • Home
  • İdman
  • Azərbaycan Yüksək Liqasında çıxış edəcək voleybol klubunun adı dəyişdirilib
İdman

Azərbaycan Yüksək Liqasında çıxış edəcək voleybol klubunun adı dəyişdirilib

Email 20

Yeni mövsümdən qadınlar arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq “Möminə Xatun” voleybol komandasının adı dəyişdirilib.

“Qasid Media”  xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Muxtar Respublika təmsilçisi “Naxçıvan” adı altında fəaliyyət göstərəcək.

Bildirilib ki, təsisçi və klub rəhbərliyinin ortaq qərarı, Azərbaycan Voleybol Federasiyasının razılığı ilə klub bundan sonra fəaliyyətini “Naxçıvan” adı altında davam etdirəcək.

Bu addım komandanın həm yerli, həm də gələcəkdə beynəlxalq arenada Naxçıvanın vahid idman brendi kimi tanınmasına xidmət edəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər