Shopping cart

  • Home
  • İdman
  • Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb
İdman

Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb

Email 24

Azərbaycan bu həftə UEFA reytinqində 0,750 əmsal qazanıb.

“Qasid Media” xəbər verir ki, son olaraq “Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin Bakıda baş tutan ilk oyununda İslandiya təmsilçisi “Vestri”ni 3 cavabsız qolla üstələyib.

“Köhlən atlar”in qələbəsi sayəsində reytinqə 0.250 əmsal əlavə olunub.

Daha əvvəl “Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0), “Zirə” isə UEFA Konfrans Liqasının eyni raundunda Gürcüstanın “Torpedo” klubunu (3:0) məğlub edib.

Hər iki komanda “Qarabağ” kimi ölkəyə 0,250 əmsal qazandırıb.

Azərbaycan (19,312) hazırda reytinqdə 26-cı pillədə qərarlaşıb. Slovakiya (18,250) 27-ci, İsrail (20,750) 25-ci yerdədir.

Xatırladaq ki, UEFA reytinqinə İngiltərə (101,852) başçılıq edir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər