Shopping cart

  • Home
  • İdman
  • Azərbaycan Ağırlıqqaldırma Federasiyasında antidopinq maarifləndirmə seminarı təşkil olunub
İdman

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında antidopinq maarifləndirmə seminarı təşkil olunub

Email 69

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) təlim-məşq bazasında federasiyanın növbəti “Antidopinq maarifləndirmə” seminarı keçirilib.

“Qasid Media” xəbər verir ki, federasiyadan verilən məlumata görə, AAF-ın baş həkimi Hüsniyyə Kərimovanın keçdiyi təlimdə yığmanın məşqçilər heyəti və idmançılar iştirak ediblər.

Seminar zamanı antidopinq sahəsində tətbiq olunan qaydalar, idmançıların hüquqları, nümunələrin götürülməsi və başqa məsələlərlə bağlı iştirakçılara geniş məlumat verilib. Daha sonra təlimçi tərəfindən məşqçi və idmançıların sualları cavablandırılıb.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər