Shopping cart

  • Home
  • İdman
  • Azərbaycanlı futbolçu Kamil Sadıqov Albaniya klubuna transfer olunub
İdman

Azərbaycanlı futbolçu Kamil Sadıqov Albaniya klubuna transfer olunub

Email 33

Azərbaycanlı futbolçu Kamil Sadıqov Albaniyanın Kavaya şəhərini təmsil edən “KS Besa Kavaya” klubu ilə peşəkar müqavilə imzalayıb.”Qasid Media”nın məlumatına görə, gənc futbolçu Albaniya klubunda mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edəcək.Qeyd edək ki, Kamil Sadıqov futbolçu kimi Azərbaycanın aparıcı futbol akademiyalarından biri olan “Qarabağ”ın aşağı yaş qruplarında yetişib. O, “Qarabağ”ın U-19 komandasının kapitanı olub, daha sonra klubun əvəzedici heyətinə də cəlb edilib.”KS Besa Kavaya” isə Albaniya futbolunun tarixi komandalarından biridir. Əsası 1925-ci ildə qoyulan klub müxtəlif dövrlərdə ölkə kubokunda uğurlar qazanıb və Avropa klub turnirlərində iştirak edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər