Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Azərbaycanın nəqliyyat xidmətləri balansında I yarımildə 2,6 milyard dollarlıq profisit yaranıb
İqtisadiyyat

Azərbaycanın nəqliyyat xidmətləri balansında I yarımildə 2,6 milyard dollarlıq profisit yaranıb

Email 16

Bu ilin I yarısında Azərbaycanın nəqliyyat xidmətləri dövriyyəsinin dəyəri 2,6 milyard ABŞ dolları təşkil edib.

“Qasid Media” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

Hesabat dövründə nəqliyyat xidmətlərinin 67,8 %-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1,8 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 0,8 milyard dollar təşkil edib.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 6,6 % artıb, idxalı isə 1,7% azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 9,9 % artaraq 941,1 milyon ABŞ dolları olub.

Ötən ilin 6 ayında nəqliyyat xidmətləri üzrə profisit 856,4 milyon ABŞ dolları təşkil edib. Nəqliyyat xidmətləri xidmətlər balansına müsbət təsir göstərən dayanıqlı maddəyə çevrilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər