Shopping cart

  • Home
  • İdman
  • Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında
İdman

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında

Email 6

Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finala yüksəlib.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarımfinalda öz rəqiblərinə qalib gələn Sübhan Mamedov (50 kiloqram) və Nəbi İsgəndərov (70 kiloqram) həlledici döyüşə vəsiqə qazanıblar.

Finala gedən yolda uduzan Məhəmməd Abdullayev (+90 kiloqram) qitə çempionatını bürünc medalla başa vurub.

Səidcəmşid Cəfərov (75 kiloqram) isə 1/4 final görüşünü qələbə ilə başa vuraraq yarımfinala adlayıb.

Sabah Amin Məmmədzadə (55 kiloqram) yarımfinal döyüşünə çıxacaq. Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər