Shopping cart

  • Home
  • İdman
  • Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adlayıb
İdman

Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adlayıb

Email 31

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin daha iki üzvü qələbə qazanıb.

“Qasid Media”nın məlumaıtna görə, yarışın ikinci günündə Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Edqaras Skurdelislə (Litva) döyüşüb.

Boksçu hakimlərin yekdil qərarı ilə qalib gəlib – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, ikinci cəhdində – sentyabrın 21-də ilk mərhələdən azad olan Ayder Abduraimovla (Ukrayna) qüvvəsini sınayacaq.

Malik Həsənov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Təmsilçimiz ilk döyüşündə Bilge Kağan Kanlıdan (Türkiyə) güclü olub – 5:0 (30:25, 30:27, 30:27, 30:27, 30:27). Həsənov 1/8 finalda ilk mərhələdən azad olan Rumen Rumenovla (Bolqarıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş sentyabrın 20-nə təsadüf edəcək.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər