Shopping cart

İqtisadiyyat

Azərbaycanın 7 ayda ixrac etdiyi neftin 59 %-ni İtaliya alıb

Email 29

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 7 milyon 473 min 413,9 ton xam neft ixrac edib.

“Qasid Media”nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 4 milyard 560 milyon 688,1 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7ayı ilə müqayisədə 11,4 % azdəyəri isə 3,1 % çoxdur.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 58,7 % olub.

7 ay ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 590,97 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər