Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb
İqtisadiyyat

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Email 7

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin ölkədə ilk dəfə olaraq yetişdirdiyi samuray arılarının ilk partiyası Zaqatala rayonunda təbiətə buraxılıb.

“Qasid Media”  bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aqrar sahədə bioloji mübarizə tədbirləri genişləndirilir. Samuray arıları nazirliyin təşkiltçıllığı, BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının (FAO) dəstəyi ilə Agentliyin bioloji agentlərin istehsalı laboratoriyasında yetişdirilib.

Aqrar Xidmətlər Agentliyi qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə tədbirlərinin ilk mərhələsinə iyulun əvvəlində Türkiyədən gətirilən 20 min samuray arısı ilə start verib. Gətirilən həşəratlardan 120-si istehsal məqsədilə Agentliyin bioloji agentlərin istehsalı laboratoriyasında saxlanılıb və təbiətdən toplanmış qəhvəyi mərmər bağacığının yumurtaları ilə parazitləşdirilib. Nəticədə qısa müddət ərzində laboratoriya şəraitində 3 min samuray arısı yetişdirilib.

Buraxılışlar zərərvericinin yayılma arealı, aparılan monitorinqlərin nəticələri və yerli təsərrüfatların ehtiyacları nəzərə alınmaqla təşkil olunub. Təbiətə buraxılan samuray arılarının əsas məqsədi ilk öncə samuray arılarının təbii arealda yayılmasını təmin etmək və tədricən qəhvəyi mərmər bağacığının sayının azalmasına nail olmaq və onun sürətli çoxalmasının qarşısını almaqdır. Bu istiqamətdə aparılan tədbirlər kənd təsərrüfatı məhsullarının sağlam şəkildə istehsalına, ətraf mühitin qorunmasına və kimyəvi mübarizə vasitələrindən istifadənin minimuma endirilməsinə xidmət edir.

Mütəxəssislərin iştirakı ilə həyata keçirilən bu tədbirlər nəticəsində bioloji mübarizə imkanlarının daha da genişləndirilməsi və yerli şəraitə uyğun effektiv metodların tətbiqi nəzərdə tutulur. Məlum olduğu kimi, qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinə ciddi zərər vura bilən zərərvericilərdən biridir. Bu zərərvericiyə qarşı ekoloji baxımdan daha təhlükəsiz və səmərəli mübarizə üsullarından biri də təbii düşmənlərdən istifadə edilməklə aparılan bioloji mübarizədir.

Samuray arılarının tətbiqi qəhvəyi mərmər bağacığının yumurtalarının təbii şəkildə parazitləşdirilməsi prinsipi əsasında həyata keçirilir. Faydalı həşəratlar zərərvericinin yumurtalarını məhv edib onun çoxalmasının qarşısını alır, populyasiyasını azaldır, kimyəvi pestisidlərdən istifadənin minimuma endirilməsinə töhfə verir. Bu bioloji mübarizə üsulu ekoloji cəhətdən təhlükəsiz və davamlı olmaqla yanaşı, kənd təsərrüfatı bitkilərinin qorunmasında effektiv vasitə hesab olunur. Samuray arılarının sahələrə buraxılması zərərvericinin yayılma vəziyyəti və aparılan monitorinqlərin nəticələri nəzərə alınmaqla həyata keçirilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər