Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb
Gündəm

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb

Email 57

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manat olub.

“Qasid Media” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.

Bu il sentyabrın 1-nə qədər ölkədə 116 908 ədəd NKA quraşdırılıb.

“Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb”, – məlumatda qeyd olunub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər