Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanda neft məhsulları istehsalının ümumi dəyəri açıqlanıb
Gündəm

Azərbaycanda neft məhsulları istehsalının ümumi dəyəri açıqlanıb

Email 64

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 4 milyard 612 milyon manat təşkil edib. 

“Qasid Media”nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Hesabat dövründə Azərbaycanda 103 min ton mazut istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 78,8 % çoxdur.

Eyni zamanda, bu ilin 9 ayında ölkədə 1 milyon 68,5 min ton həcmində avtomobil benzini istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % azdır. 

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 1 milyon 799 min ton dizel yanacağı istehsal edilib ki, bu da 2025-ci ilin göstəriciləri ilə müqayisədə 3,4 % azdır.

Hesabat dövründə 33,9 min ton sürtkü yağları, 126,4 min ton neft bitumu istehsal edilib. 9 ayda Azərbaycanda sürtkü yağlarının istehsalı 24,2 % artıb, neft bitumunun istehsalı isə 33,8 % azalıb.

Həmçinin, hesabat dövründə ölkədə 134,9 min ton maye qazlar, 419 min ton ağ neft, 188,2 min ton neft koksu istehsal edilib. 9 ayda Azərbaycanda maye qazların istehsalı 2,03 % azalıb, neft koksunun istehsalı 10,4 % artıb. Bu müddət ərzində ölkədə ağ neftin istehsalı isə 4,6 % azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın “Ai-92”, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər