Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanda fermer təsərrüfatlarının dayanıqlığının qiymətləndirilməsi üzrə metodologiya hazırlanır
Gündəm

Azərbaycanda fermer təsərrüfatlarının dayanıqlığının qiymətləndirilməsi üzrə metodologiya hazırlanır

Email 20

Azərbaycanda təkcə iqtisadi deyil, həm də ekoloji və sosial göstəriciləri nəzərə alacaq fermer təsərrüfatlarının dayanıqlığının qiymətləndirilməsi üzrə metodologiya hazırlanır.

“Qasid Media” xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və proqramlar istiqamətinin rəhbəri Aynur Seyidyusif “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən panel sessiyasında bildirib.

Onun sözlərinə görə, layihə hökumətin sorğusu əsasında hazırlanmış texniki dəstək proqramı çərçivəsində Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirilir.

A.Seyidyusif qeyd edib ki, ənənəvi qiymətləndirmə sistemləri əsasən iqtisadi göstəricilərə – istehsal həcminə, məhsuldarlığa, gəlirə və s. yönəldilib: “Yeni sistem fermerlərin müasir çağırışlara uyğunlaşma səylərini, o cümlədən torpağın yatırılan investisiyaları, müasir texnologiyaların tətbiqini və suvarma sistemlərinin təkmilləşdirilməsini nəzərə almağa imkan verəcək”.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər